Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-11-2026 , 19:47

168

Son xəbərlər

Bütün xəbərlər

Bu gün onun günüdür!

Sumqayıt
15-11-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Turizm potensialı olan bələdiyyələr üçün seminar-təlimlər keçirilib

 

 

Noyabrın 13-də Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsi tərəfindən Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Azərbaycan Turizm Bürosu publik hüquqi şəxsin nümayəndələrinin iştirakı ilə ölkə ərazisində turizm potensialına malik bələdiyyələr üçün onlayn seminar-təlimlər təşkil edilib.

“Turizmin inkişafında bələdiyyələrin rolu” mövzusuna həsr olunan təlimlərdə bələdiyyələrin turizm sahəsində iştirak imkanları, yerli səviyyədə turizmin inkişafının dəstəklənməsi, əlverişli turizm mühitinin formalaşdırılması üçün görülməli işlər, bu sahədə hüquqi baza və qabaqcıl beynəlxalq təcrübə barədə məlumat verilib.

Bələdiyyələrin diqqətinə çatdırılıb ki, turizm potensialının müəyyənləşdirilməsi zamanı ərazilərin təbii-coğrafi quruluşu, infrastrukturu, tarixi-mədəni abidələri, iqlimi, əhalinin adət-ənənələri, ənənəvi məşğuliyyət növləri, kulinariyası, incəsənəti və idman imkanları nəzərə alınmalıdır. Bu xüsusiyyətlər əsasında ərazidə inkişaf etdirilməsi mümkün olan turizm növlərinin müəyyənləşdirilməsi, turistlərin marağına səbəb ola biləcək yerli proqramların hazırlanması və müvafiq tədbirlərin həyata keçirilməsi tövsiyə olunub.

Azərbaycan Turizm Bürosu publik hüquqi şəxsin nümayəndəsi qurumun səlahiyyətləri çərçivəsində bu istiqamətdə bələdiyyələrə zəruri metodiki dəstəyin göstərilməsinə hazır olduqlarını bildirib.

Təlimlər çərçivəsində xarici ölkələrin yerli özünüidarəetmə qurumlarının turizm sahəsində təcrübəsi, yerli ərazilərin özünəməxsus xüsusiyyətlərindən turizmin inkişafı məqsədilə səmərəli istifadə nümunələri, eləcə də uğurlu layihə və mexanizmlər barədə məlumatlar da iştirakçılarla bölüşülüb.

İnteraktiv formatda keçirilən seminar-təlimlərdə ümumilikdə 155 nəfər iştirak edib.

https://belediyye.gov.az/news/en-turzim-2026-11



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

RİH-lərin bələdiyyələrə dəstəyi olarsa

Gündəlik Xəbərlər
18-10-2026
769

E-Bələdiyyə tətbiqi istifadəyə verildi

Gündəlik Xəbərlər
06-10-2026
1411